Əsas Səhifə > Dünya idmanı > Ronaldo öz rekordunu təkrarladı

Ronaldo öz rekordunu təkrarladı


19-04-2018, 10:31


"Real"ın ulduzu Kriştiano Ronaldo La Liqanın XXXIII turunda "Atletik"in qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

"Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/15- mövsümündə çatıb.

Ronaldonun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.
Geri qayıt