Əsas Səhifə > Dünya idmanı > Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək


29-06-2024, 10:30


Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə meydana İsveçrə və İtaliya yığmaları çıxacaqlar. Berlin Olimpiya Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkəcək. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Geri qayıt