Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib


26-06-2024, 15:13


FIBA Çempionlar Liqasının 2024-2025-ci illər mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq "Sabah" basketbol komandasının rəqibləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, 1/4 finalda İsveçin "Norrkoping Dolphins" klubu ilə qarşılaşacaq komandamızın yarımfinalda potensial rəqibi "Fribourg Olympic" (İsveçrə) olacaq.

Son çempionun təsnifat mərhələsinin final görüşündə potensial rəqibləri isə "Riski Sportist" (Bolqarıstan) - BC Nokia (Finlandiya)- "SL Benfika" (Portuqaliya) klublarıdır.

Qeyd edək ki, təsnifat mərhələsinin oyunları sentyabrın 15-22-də keçiriləcək.
Geri qayıt