Əsas Səhifə > Dünya idmanı > Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu17-04-2018, 11:53 |
Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub. Turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar. Matçların dəqiq təqvimi bu gün açıqlanacaq. Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək. İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: “Real”, “Tottenhem”, “Yuventus”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”, “Çelsi”, PSJ, “Arsenal”, “Sevilya”, “Roma”, “İnter”, “Borussiya D”, “Benfika” və “Atletiko”. Qeyd edək ki, turnirin ötənilki qalibi “Barselona” olub. Ondan əvvəl PSJ iki, “Real” və “Mançester Yunayted” isə hərəyə bir dəfə kuboka sahib olub. Geri qayıt |