Əsas Səhifə > Dünya idmanı > Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib
Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib16-06-2024, 22:00 |
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib. BrendSport.az xəbər verir ki, C qrupunda Sloveniya və Danimarka yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə Danimarkanın heyətində Kristian Eriksen açıb. Sloveniyanın topunu isə 77-ci dəqiqədə Erik Yanza vurub. C qrupunun ikinci oyunu İngiltərə və Serbiya arasında olacaq. Görüş 23:00-da başlayacaq. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. Geri qayıt |