Əsas Səhifə > Dünya idmanı > NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb


15-06-2024, 13:23


Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Dallas Maveriks” və “Boston Celtics” komandaları dördüncü dueldə üz-üzə gəliblər. Seriyanın ilk üç matçında qalib gələn Boston təmsilçisi bu dəfə rəqibinə 84:122 hesabı ilə məğlub olub.

Hazırda bostonlular seriyada 3:1 hesabı ilə öndədirlər.

Seriyanın beşinci oyunu iyunun 18-də baş tutacaq.
Geri qayıt