Əsas Səhifə > Dünya idmanı > NBA: “Boston Celtics” final seriyasında üçüncü qələbəsini qazanıb

NBA: “Boston Celtics” final seriyasında üçüncü qələbəsini qazanıb


13-06-2024, 09:30


Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Dallas Maveriks” və “Boston Celtics” komandaları üçüncü dueldə üz-üzə gəliblər. Görüş Boston təmsilçisinin 106:99 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında keçirilmiş iki matçda da “Boston Celtics” qələbə qazanıb. Seriyanın dördüncü oyunu iyunun 15-də reallaşacaq.

Qeyd edək ki, "Boston Celtics" dördüncü oyununda da qalib gələrsə, tarixində XVIII dəfə NBA çempionu olacaq.
Geri qayıt