Əsas Səhifə > Dünya idmanı > “Formula 1” üzrə dünya çempionatının yeni reqlamenti təqdim olunub

“Formula 1” üzrə dünya çempionatının yeni reqlamenti təqdim olunub


6-06-2024, 18:30


Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə dünya çempionatında 2026-cı ildən tətbiq ediləcək yeni reqlamentin təfərrüatlarını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, avtomobillərin ölçüləri və çəkisi dəyişəcək. Bolidlər daha qısa və yığcam olacaq, çəkisi indiki modellərlə müqayisədə 30 kiloqram azalacaq.

Aktiv aerodinamikanın tətbiqi sayəsində avtomobillərin ötmə imkanları genişləndiriləcək.

Ən mühüm dəyişikliklərdən biri elektrik stansiyaları ilə bağlıdır. Mühərrikin elektrik hissəsinin gücü bir neçə dəfə artacaq. Yeni mühərriklər ekoloji cəhətdən təmiz yanacaqla işləyəcək.

Yeni reqlament mövcud güc balansını xeyli dəyişə bilər, çünki avtomobillər demək olar ki, sıfırdan hazırlanmalı olacaq.
Geri qayıt