Əsas Səhifə > Dünya idmanı > ABŞ şirkətinin İngiltərə klubunu satın almaq cəhdi uğursuzluqla nəticələnib

ABŞ şirkətinin İngiltərə klubunu satın almaq cəhdi uğursuzluqla nəticələnib


1-06-2024, 15:15


ABŞ-nin "777 Partners" investisiya şirkətinin İngiltərənin "Everton" klubunu 500 milyon funt sterlinqə satın almaq cəhdi uğursuzluqla nəticələnib.

BrendSport.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub, çox güman, borcları ödəmək üçün aparıcı futbolçularını satmağa məcbur olacaq.

Qeyd edək ki, maliyyə problemləri səbəbindən ötən mövsüm "Everton"un xalları da silinib. Bununla belə, komanda Premyer Liqada yerini qorumağa müvəffəq olub.
Geri qayıt