Əsas Səhifə > Dünya idmanı > İngiltərə klubu 5 oyunçu ilə yollarını ayırıb

İngiltərə klubu 5 oyunçu ilə yollarını ayırıb


29-05-2024, 17:30


İngiltərənin “Nyukasl” komandası beş oyunçu ilə vidalaşıb.

BrendSport.az
xəbər verir ki, qapıçı Loris Karius, müdafiəçilər Pol Dammet, Kall Uotts, həmçinin yarımmüdafiəçilər Mett Riçi və Ceff Hendriks ilə yollar ayrılıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Nyukasl” 2023-2024-cü illər mövsümünü 60 xalla yeddinci pillədə bitirib.
Geri qayıt