Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası və Avropa Liqasında yarımfinalçılar məlumdur -

Çempionlar Liqası və Avropa Liqasında yarımfinalçılar məlumdur -


13-04-2018, 15:24


Bu gün Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. BrendSport.az saytı məlumat verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.

Püşk “Bavariya” (Almaniya) və “Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə “Liverpul”la (İngiltərə) “Roma” (İtaliya) üz-üzə gələcək.

Bu mərhələnin ilk oyunları aprelin 24-25-də keçiriləcək. Cavab görüşləri mayın 1-2-də baş tutacaq.

Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” – “Real” cütünün qalibi olacaq.


Çempionlar Liqası

Yarımfinal

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)

Final

“Bavariya” (Almaniya) - “Real” (İspaniya) cütünün qalibi - “Liverpul” (İngiltərə) - “Roma” (İtaliya) cütünün qalibi


Bu gün Çempionlar Liqası ilə bərabər UEFA Avropa Liqasında yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Eyni ünvanda təşkil olunan tədbirdə 4 komanda iki cütlük təşkil edib.

Finala gedən yolda 4 komandadan daha şanslı sayılan “Arsenal” (İngiltərə) və “Atletiko” (İspaniya) artıq yarımfinalda üz-üzə gələcək. “Marsel” (Fransa) isə turnirin sürpriz komandası “Zalsburq”la (Avstriya) qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Mayın 16-da baş tutacaq final matçının nominal meydan sahibi də püşklə müəyyənləşib. Bu, “Marsel” – “Zalsburq” cütünün qalibi olacaq.

Avropa Liqası

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Final

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya) cütünün qalibi - "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) cütünün qalibi
Geri qayıt