Əsas Səhifə > Dünya idmanı > İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib


11-05-2024, 18:29


Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.

BrendSport.az
xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Fulhem”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Yoşko Qvardiol (2 qol), Fil Foden və Xulian Alvares vurublar.

Bu nəticədən sonra xallarını 85-ə yüksəldən “Mançester Siti” liderliyə yüksəlib. “Arsenal” isə 83 xalla ikinci pillədə qərarlaşıb.
Geri qayıt