Əsas Səhifə > Dünya idmanı > FİFA-dan klublar üçün ağır qərar

FİFA-dan klublar üçün ağır qərar


10-04-2018, 16:56


FİFA İcraiyyə Komitəsi klublar arasında icarə müqaviləsini ləğv edə bilər. Bu barədə "France Footbal" nəşri xəbər yayıb.

Bu məsələ ilə bağlı xüsusi komisiya yaradan FİFA gənc futbolçuların daha çox oynamaq şansı
qazanması üçün islahatlara başlayacaq.

İcarəyə göndərilən futbolçuların əksəriyyəti demək olar ki, müqavilə ilə məxsus olduğu klubda meydana çıxmır. FİFA-da düşünürlər ki, bu, futbolçulara peşəkarlıq baxımından mənfi təsir edir.

Yekun qərar FİFA Şurasının oktyabr ayında ayında keçiriləcək iclasında veriləcək.

Qeyd edək ki, bu mövsüm "Yuventus" 41, "Udineze" 27, "Çelsi" 22, "Mançester Siti" 18 futbolçusunu icarəyə verib.
Geri qayıt