Əsas Səhifə > Dünya idmanı > Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib


25-04-2024, 09:00


İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib.

BrendSport.az
xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində "Everton"la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Günün digər oyunlarında "Bournmut" "Vulverhempton"u 1:0, "Kristal Pelas" "Nyukasl Yunayted"i 2:0, Mançester Yunayted" isə "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.
Geri qayıt