Əsas Səhifə > Dünya idmanı > Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq


25-04-2024, 07:00


Türkiyə Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş "bordo-mavililər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab qarşılaşması mayın 8-də baş tutacaq.

1/2 final mərhələsinin ilk oyununda "Ankaragücü" və "Beşiktaş" qolsuz heç-heçə edib.

Bu komandalar arasında cavab matçı isə mayın 7-də keçiriləcək.
Geri qayıt