Əsas Səhifə > Dünya idmanı > Luis Alberto mövsümün sonunda Roma klubunu tərk edəcəyini açıqlayıb
Luis Alberto mövsümün sonunda Roma klubunu tərk edəcəyini açıqlayıb13-04-2024, 13:30 |
Yayda İtaliyanın “Latsio” komandasından ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib. BrendSport.az xəbər verir ki, Luis Alberto mövsümün sonunda Roma təmsilçisini tərk edəcəyini açıqlayıb. 31 yaşlı ispaniyalı oyunçu bu barədə rəhbərliyə də məlumat verdiyini söyləyib. Hücumameyilli yarımmüdafiəçi bu mövsüm “Latsio”nun heyətində ümumilikdə 39 matçda, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, Luis Alberto 2016-cı ildə “Liverpul”dan paytaxt klubuna keçib. Geri qayıt |