Əsas Səhifə > Dünya idmanı > Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub
Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub28-03-2024, 13:47 |
Aprelin 4-də minifutbol üzrə Avropa çempionatının püşkü atılacaq. BrendSport.az xəbər verir ki, püşkatmaya 1-ci səbətdən qatılacaq Azərbaycan millisinin potensial rəqibləri bəlli olub. Yığma qitə çempionatında aşağıdakı komandalardan üçü ilə eyni qrupda mübarizə aparacaq. 1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya. 2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro. 3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya. 4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya. Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Geri qayıt |