Əsas Səhifə > Dünya idmanı > "Barselona"nın prezidenti Erlinq Holaandın mümkün transferini şərh edib

"Barselona"nın prezidenti Erlinq Holaandın mümkün transferini şərh edib


23-03-2024, 18:10


İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta İngiltərə təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holaandın mümkün transferini şərh edib.

BrendSport.az
xəbər verir ki, o, bunun mümkün olmadığını bildirib.

“Böyük transferlərə ehtiyac duymuruq. Bəzi dəyişikliklər nəzərdə tutulub, lakin onların böyük olmaq ehtimalı yoxdur. Prioritetimiz hazırkı komandaya güvənməkdir. Bizim harmoniyamıza mane ola biləcək oyunçulara ehtiyacımız yoxdur", - deyə Laporta söyləyib.

Qeyd edək ki, Erlinq Holann bu mövsüm "Mançester Siti"nin heyətində 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Norveç millisinin 23 yaşlı forvardının dəyərini 180 milyon avro qiymətləndirib.
Geri qayıt