Əsas Səhifə > Dünya idmanı > Ferstappen “Red Bull”dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib

Ferstappen “Red Bull”dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib


20-03-2024, 15:00


Üçqat “Formula 1” çempionu Maks Ferstappen “Red Bull” komandasından ayrılacağı ilə bağlı xəbərləri təkzib edib.

BrendSport.az
xəbər verir ki, niderlandlı pilot başqa komandaya keçmək barədə düşünmədiyini açıqlayıb.

O, 2024 mövsümünün sonunda “Red Bull”u etməyəcəyini söyləyib: “Mənim “Red Bull” komandası ilə müqaviləm var. Hazırda bütün diqqətimi qarşıdakı mərhələyə yönəltmişəm. Yəni komandamı dəyişəcəyimlə bağlı hər hansı bir yenilik yoxdur”.

Qeyd edək ki, Maks Ferstappenin “Red Bull” ilə hazırkı müqavilə müddəti 2028-ci ilə qədərdir.
Geri qayıt