Əsas Səhifə > Dünya idmanı > Əməliyyat olunan “Real”ın qapıçısı üçün mövsüm başa çatıb

Əməliyyat olunan “Real”ın qapıçısı üçün mövsüm başa çatıb


20-03-2024, 14:15


İspaniyanın “Real” klubunun futbolçusu Tibo Kurtua əməliyyat olunub.

BrendSport.az
xəbər verir ki, belçikalı qapıçı sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyub.

31 yaşlı qolkiper zədəsini yeni sağaltmasına baxmayaraq, komandanın son məşqində yenidən sıradan çıxıb. Həkimlər onun 2 aydan sonra məşqlərə başlayacağını açıqlayıblar. Bu isə o deməkdir ki, Kurtua üçün mövsüm başa çatıb.

Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyunda meydana çıxmayıb.
Geri qayıt