Əsas Səhifə > Dünya idmanı > UEFA Portuqaliya klubunu cərimələyib
UEFA Portuqaliya klubunu cərimələyib9-03-2024, 10:15 |
UEFA Portuqaliyanın "Benfika" klubunu 28000 avro cərimələyib. BrendSport.az xəbər verir ki, buna Lissabon təmsilçisinin Fransada "Tuluza" ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub. Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. "Benfika" buna görə 20000 avro cərimələnib. Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro ödəyəcək. Qeyd edək ki, ilk rəqibini 2:1 hesabı ilə üstələyən "Benfika" 1/8 finala yüksəlmişdi. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlaniyanın "Reyncers" kollektivi ilə bərabərə qalıb - 2:2. Geri qayıt |