Əsas Səhifə > Dünya idmanı > Rusiyalı atletlər dopinqə görə diskvalifikasiya olunublar
Rusiyalı atletlər dopinqə görə diskvalifikasiya olunublar5-03-2024, 18:15 |
Rusiyalı atletlər Yekaterina Kuznetsova-Zyuqanova və Viktoriya Sudaruşkina dopinqə görə diskvalifikasiya olunublar. BrendSport.az xəbər verir ki, bu barədə Rusiya Atletika Federasiyası məlumat yayıb. Bildirilib ki, Moskva Antidopinq Laboratoriyasında əldə olunan nəticələrə görə, Yekaterina Kuznetsova-Zyuqanovanın 2013-cü il martın 13-dən 2015-ci il martın 12-nə qədər yarışlarda qazandığı bütün nəticələr ləğv olunub. Onun cəzası 2024-cü ildən 2026-cı ilə qədər təyin olunub. Sudaruşkina isə 2024-cü ildən 2028-ci ilə qədər yarışlardan uzaqlaşdırılıb. Bu idmançının 2013-cü ildən 2024-cü ilə qədər olan nəticələri ləğv edilib. Geri qayıt |