Əsas Səhifə > Dünya idmanı > Türkiyə Kuboku: “Fənərbağça” mübarizəni dayandırıb

Türkiyə Kuboku: “Fənərbağça” mübarizəni dayandırıb


28-02-2024, 08:00


Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

BrendSport.az
xəbər verir ki, ilk matçda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub.

Oyunda hesabı meydan sahibləri açıblar. Güneren artıq 10-cu dəqiqədə baxımlı qola imza atıb. 33-cü dəqiqədə Xadziyovanis fərqi artırıb. 89-cu dəqiqədə isə Rodriges hesabı 3:0-a çatdırıb. Qarşılaşma elə bu nəticə ilə də bitib.

Beləliklə də, İstanbul klubu yarımfinalın bir addımlığında Ankara təmsilçisinə uduzaraq turnirdəki mübarizəsini dayandırıb. “Ankaragücü” isə artıq yarımfinalda rəqibini gözləyir.
Geri qayıt