Əsas Səhifə > Dünya idmanı > Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər

Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər


25-02-2024, 14:00


Argentina millisinin sabiq futbolçusu Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər.

BrendSport.az
xəbər verir ki, 35 yaşlı hücumçu ölkəsinin “İndependyente” klubunun formasını geyinməyə hazırlaşır.

Forvard canlı yayım zamanı kardioloqdan futbol oynamağa hazır olub-olmadığını soruşub. Cavab müsbət olduğundan, Aquero “İndependyente”nin bir neçə yoldaşlıq görüşündə komandanın formasını geyinmək təklifinə isti yanaşır.

Qeyd edək ki, “İndependyente”nin yetirməsi olan Serxio Aquero 2003-2006-cı illərdə əsas komandanın formasını geyinib. O, 2021-ci ildə ürəyində yaranan problem səbəbindən karyerasını başa vurub.
Geri qayıt