Əsas Səhifə > Dünya idmanı > Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, "Fənərbağça"nın rəqibi bəlli olub
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, "Fənərbağça"nın rəqibi bəlli olub23-02-2024, 16:20 |
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi bəlli olub. İstanbul klubu bu raundda “Yunion” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub. UEFA Konfrans Liqası 1/8 final mərhələsi “Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya) “Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə) “Molde” (Norveç) - “Brügge” (Belçika) “Yunion” (Belçika) - “Fənərbağça” (Türkiyə) “Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan) “Şturm” (Avstriya) - “Lill” (Fransa) “Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya) “Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail) Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək. Geri qayıt |