Əsas Səhifə > Dünya idmanı > “Barselona” klubunun sabiq futbolçusu 4,5 il azadlıqdan məhrum edilib

“Barselona” klubunun sabiq futbolçusu 4,5 il azadlıqdan məhrum edilib


22-02-2024, 14:00


İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 4,5 il azadlıqdan məhrum edilib.

BrendSport.az
xəbər verir ki, Barselona məhkəməsi üç uzun dinləmədən sonra onun həbsinə qərar verib.

Prokuror 9, ittihamçı isə 12 il iş tələb etmişdi. Lakin spirt yüngülləşdirici hal kimi qəbul edildiyindən, cəza müddəti 4 il yarım olub. Bundan əlavə, keçmiş müdafiəçi zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəyəcək.

Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.
Geri qayıt