Əsas Səhifə > Dünya idmanı > Dieqo Simeone Çempionlar Liqasında 100-cü oyununu keçirib
Dieqo Simeone Çempionlar Liqasında 100-cü oyununu keçirib21-02-2024, 10:00 |
İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirib. BrendSport.az xəbər verir ki, yubiley matçı 1/8 final mərhələsində İtaliya “İnter”i ilə ilk görüşə təsadüf edib. Argentinalının çalışdırdığı komanda Milanda rəqibinə 0:1 hesabı ilə məğlub olub. Simeone bu göstəriciyə çatan 9-cu məşqçidir. Əvvəllər bunu Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) bunu bacarıblar. Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Geri qayıt |