Əsas Səhifə > Dünya idmanı > İtaliya A Seriyası: “Milan” səfərdə məğlub olub
İtaliya A Seriyası: “Milan” səfərdə məğlub olub19-02-2024, 08:00 |
İtaliya A Seriyasında XXV tura yekun vurulub. BrendSport.az xəbər verir ki, son oyun günündə beş qarşılaşma keçirilib. Turun maraqlı görüşlərindən biri "Montsa" və "Milan" komandaları arasında baş tutub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyunlarında "Bolonya" "Latsio"ya 2:1,"Roma" isə "Frosinone"yə 3:0 hesabı ilə qalib gəlib. "Empoli" - "Fiorentina" və "Udineze" - "Kalyari" görüşləri qollu sülhlə bitib - 1:1. Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "İnter" başçılıq edir. "Yuventus" 54 xalla 2-ci, "Milan" isə 52 xalla üçüncü pillədə qərarlaşıb. Geri qayıt |