Əsas Səhifə > Dünya idmanı > Neymar məşqlərə başlayıb
Neymar məşqlərə başlayıb16-02-2024, 12:51 |
Braziliya millisinin futbolçusu Neymar məşqlərə başlayıb. BrendSport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 32 yaşlı hücumçu kollektivdən ayrı, idman zalında hazırlıq keçib. O, hələ bir bir müddət fərdi məşqlərlə kifayətlənəcək. Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb. Ulduz futbolçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Geri qayıt |