Əsas Səhifə > Dünya idmanı > Ronaldu penaltisiz qolların sayında Messiyə çatıb

Ronaldu penaltisiz qolların sayında Messiyə çatıb


15-02-2024, 09:00


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ABŞ-nin “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi ilə penalti istisna olmaqla qolların sayında bərabərləşib.

BrendSport.az
xəbər verir ki, hesablamanı bəhs edilən futbolçuların statistikasını aparan “MessivsRonaldo” səhifəsi bildirib.

Statistikaya əsasən, Ronaldu və Messi indiyədək penalti istisna olmaqla 713 dəfə topu qapıya göndərə biliblər. Argentinalı hər 121, Ronaldu isə hər 138 dəqiqədən bir qeyri-penalti qolu vurur.

Qeyd edək ki, Kriştianu Ronaldu AFK Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Əl-Fayha”ya qarşı qol vurub.
Geri qayıt