Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqasının 1/8 finalı: “Real” “Leyptsiq”i məğlub edib, “Mançester Siti” isə səfərdə qalib gəlib

Çempionlar Liqasının 1/8 finalı: “Real” “Leyptsiq”i məğlub edib, “Mançester Siti” isə səfərdə qalib gəlib


14-02-2024, 03:00


İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Leyptsiq"inə 1:0 hesabı ilə qalib gəlib.

BrendSport.az
xəbər verir ki, Almaniyada baş tutan oyunda yeganə qolu 48-ci dəqiqədə Brahim Diaz vurub.

Günün digər oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib. Qonaqların heyətində qolları Kevin De Bruyne (10-cu dəqiqə), Bernardo Silva (45+1) və Fil Foden (90+2) vurub.

“Kopenhagen”dən isə 34-cü dəqiqədə Maqnus Mattsson fərqlənib.

Cavab qarşılaşmaları martın 6-da Madrid və Mançesterdə baş tutacaq.
Geri qayıt