Əsas Səhifə > Dünya idmanı > Ukraynalı basketbolçu Almaniyada qətlə yetirilib

Ukraynalı basketbolçu Almaniyada qətlə yetirilib


12-02-2024, 12:30


Ukraynalı 17 yaşlı basketbolçu Vladimir Yermakov Almaniyanın Düsseldorf şəhərində qətlə yetirilib.

BrendSport.az
xəbər verir ki, “ART Giants” klubunda çıxış edən gənc oyunçu komanda yoldaşı Artyom Kozaçenko ilə birlikdə bıçaqlı hücuma məruz qalıb.

V.Yermakov hadisə yerində dünyası dəyişib. Digər oyunçu isə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, Vladimir Yermakov 2022-ci ildə Ukrayna U-16 millisinin heyətində Avropa çempionatında iştirak edib.
Geri qayıt