Əsas Səhifə > Dünya idmanı > İspaniya La Liqası: “Barselona” xal itirib
İspaniya La Liqası: “Barselona” xal itirib12-02-2024, 09:00 |
Futbol üzrə İspaniya La Liqasında XXIV turun növbəti oyunları keçirilib. BrendSport.az xəbər verir ki, “Barselona” “Qranada”nı qəbul edib. Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3. Turun ötən gün baş tutan oyunlarında "Xetafe" "Selta"nı 3:2, "Malyorka" "Rayo Valyekano"nu 2:1, "Sevilya" isə "Atletiko"nu (Madrid) 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 51 xalla üçüncü sırada yer alıb. Geri qayıt |