Əsas Səhifə > Dünya idmanı > Bu gün Asiya Kubokunun qalibi müəyyənləşəcək

Bu gün Asiya Kubokunun qalibi müəyyənləşəcək


10-02-2024, 15:00


Bu gün futbol üzrə Asiya Kubokunun qalibi bəlli olacaq.

BrendSport.az
xəbər verir ki, finalda İordaniya millisi ilə turnirə ev sahibliyi edən Qətər yığması qarşılaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İordaniyalılar yarımfinalda Cənubi Koreyanı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə finala vəsiqə qazanıblar. Qətər seçməsi isə 1/2 finalda İranı üstələyib.

Qeyd edək ki, Asiya Kubokunun ümumi mükafat fondu 14,8 milyon ABŞ dolları təşkil edir. Turnirin qalibi 5 milyon, finalda uduzan komanda 3 milyon dollar qazanacaq.
Geri qayıt