Əsas Səhifə > Dünya idmanı > Asiya Kuboku: “Tottenhem”in hücumçusu Cənubi Koreyanı yarımfinala çıxarıb

Asiya Kuboku: “Tottenhem”in hücumçusu Cənubi Koreyanı yarımfinala çıxarıb


3-02-2024, 11:00


Futbol üzrə Asiya Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

BrendSport.az
xəbər verir ki, 1/4 finalda Avstraliyanı mübarizədən kənarlaşdıran Cənubi Koreya millisi adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda daha bir qol vuran cənubi koreyalılar əzmkar qələbə qazanıblar. Komandanı yarımfinala daşıyan qolun müəllifi isə İngiltərənin “Tottenhem” klubunda çıxış edən Son Xın Min olub. 32 yaşlı hücumçu 104-cü dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, Cənubi Koreya millisi yarımfinalda İordaniya yığması ilə qarşılaşacaq.
Geri qayıt