Əsas Səhifə > Dünya idmanı > XXI əsrin ən çox oyun keçirən futbolçularının yeni reytinqi açıqlanıb
XXI əsrin ən çox oyun keçirən futbolçularının yeni reytinqi açıqlanıb9-01-2024, 12:00 |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən çox oyun keçirən futbolçularının reytinq cədvəlini yeniləyib. BrendSport.az xəbər verir ki, 21 oyunçunun yer aldığı siyahıya Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 39 yaşlı forvard həm milli, həm klub səviyyəsində 1204 matç keçirib. Bununla da ulduz futbolçu bu rəqəmə çatan ilk oyunçu olub. Braziliyalı Fabio (1156) ikinci, onun həmyerlisi Dani Alveş (1056) isə üçüncü pillədə qərarlaşıb. Ən çox oyun keçirən futbolçuların siyahısı: 1. Kriştianu Ronaldu (Portuqaliya) – 1204 oyun 2. Fabio (Braziliya) – 1156 oyun 3. Dani Alveş (Braziliya) – 1056 oyun 4. Lionel Messi (Argentina) – 1047 oyun 5. Luka Modriç (Xorvatiya) – 1010 oyun 6. Joau Moutinyu (Portuqaliya) – 997 oyun 7. İker Kasilyas (İspaniya) – 974 oyun 8. Serxio Ramos (İspaniya) – 974 oyun 9. Zlatan İbrahimoviç (İsveç) – 953 oyun 10. Andres İnyesta (İspaniya) – 949 oyun 11. Yasuhito Endo (Yaponiya) – 944 oyun 12. Edin Ceko (Bosniya və Herseqovina) – 940 oyun 13. Luis Suares (Uruqvay) – 938 oyun 14. Xavi Ernandes (İspaniya) – 937 oyun 15. Ceyms Milner (İngiltərə) – 929 oyun 16. Pepe Reyna (İspaniya) – 926 oyun 17. İvan Rakitiç (Xorvatiya) – 920 oyun 18. Aleksis Sançes (Çili) – 920 oyun 19. Kərim Benzema (Fransa) – 917 oyun 20. Rocerio Seni (Braziliya) – 905 oyun 21. Xesus Navas (İspaniya) – 904 oyun Geri qayıt |