Əsas Səhifə > Dünya idmanı > İngiltərə Kuboku: “Mançester Yunayted” "Viqan"dan üstün olub

İngiltərə Kuboku: “Mançester Yunayted” "Viqan"dan üstün olub


9-01-2024, 08:00


İngiltərə Futbol Assosiasiyası (FA) Kubokunun 1/32 mərhələsinin daha bir oyunu baş tutub.

BrendSport.az
xəbər verir ki, turnirin 3-cu raundunda “Viqan” “Mançester Yunayted”i qəbul edib.

Oyun gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Matçda hesabı 22-ci dəqiqədə Dalo açıb. 74-cü dəqiqədə isə Fernandeş penaltini dəqiq yerinə yetirərək qarşılaşmanın nəticəsini müəyyənləşdirib - 0:2.

Bu qələbə “qırmızı şeytanları” İngiltərə Kubokunun 1/16 mərhələsinə çıxarıb. Burada onlar “Nyuport Kaunti” - “İstli” cütünün qalibilə üz-üzə gələcəklər.
Geri qayıt