Əsas Səhifə > Dünya idmanı > "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi "Vilyarreal"a keçə bilər

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi "Vilyarreal"a keçə bilər


6-01-2024, 14:00


İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Fakundo Pelyistri İspaniya təmsilçisi "Vilyarreal"a keçə bilər.

BrendSport.az
xəbər verir ki, İspaniya klubu Uruqvay millisinin üzvünü qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.

22 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in start heyətində möhkəmlənə bilmədiyi üçün komandadan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir. Futbolçunun "mankunianlar"la 2025-ci ilin yayına kimi müqaviləsi qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirib.

Qeyd edək ki, Fakundo Pelyistri bu mövsüm "Mançester Yunayted"in heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Geri qayıt