Əsas Səhifə > Dünya idmanı > “Real” qapıçı axtarışında

“Real” qapıçı axtarışında


21-03-2018, 13:18


“Real” “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir.

“Corriere dello Sport”un yaydığı xəbərə görə, Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır.

“Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq.

Qeyd edək ki, “Roma”nın heyətində saxlamaq istədiyi braziliyalı qolkiperi “Liverpul” da transfer etmək istəyir.
Geri qayıt