Əsas Səhifə > Dünya idmanı > Fatih Terim Yunanıstan klubu ilə anlaşıb

Fatih Terim Yunanıstan klubu ilə anlaşıb


26-12-2023, 16:00


Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” komandası ilə anlaşıb.

BrendSport.az
xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

70 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə imzalamaq üçün dekabrın 27-də Afinaya yollanacaq.

Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"a başçılıq edib.
Geri qayıt