Əsas Səhifə > Dünya idmanı > “Qarabağ”ın rəqibi Liqa Kubokunda ilk qələbəsini qazanıb
“Qarabağ”ın rəqibi Liqa Kubokunda ilk qələbəsini qazanıb23-12-2023, 11:11 |
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliyanın “Braqa” klubu Liqa Kubokunda növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Artur Jorjenin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında “Nasyonal”ın qonağı olub. Braqanın eyniadlı təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. Bununla da komanda turnirdə ilk qələbəsini qazanıb. "Qırmızı-ağlar"ın heyətində qolları Joau Moutinyu, Sikou Niakate və Rikardu Orta vurublar. Qeyd edək ki, A qrupunda yer alan “Braqa” 4 xalla turnir cədvəlinə başçılıq edir. Komanda qrupdakı ilk görüşündə “Kaza Piya” klubu ilə heç-heçə edib. Geri qayıt |