Əsas Səhifə > Dünya idmanı > “Qoy, indi də desinlər ki, Ronaldo karyerasını bitirməlidir”
“Qoy, indi də desinlər ki, Ronaldo karyerasını bitirməlidir”20-03-2018, 15:57 |
“Real”ın hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru bir müddət öncə oğluna qarşı yönəlmiş tənqidlərə münasibət bildirib. O, şəxsi “İnstaqram” hesabında portuqliyalı futbolçunun karyerasını bitirməli olduğunu deyənlərə cavab verib. Ronaldonun şəklini və üzərində onun 2018-ci ildə vurduğu qolların sayını paylaşan Aveyru fotonun altında isə bu sözləri yazıb: “Qoy, indi də danışsınlar ki, Kriştiano 33 yaşında karyerasını bitirməlidir”. Qeyd edək ki, mövsümün ilk hissəsində oyunu alınmayan Ronaldo 2018-ci ildə çıxdığı 13 oyunda 21 qol vurub. Geri qayıt |