Əsas Səhifə > Dünya idmanı > Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib
Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib18-12-2023, 16:20 |
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək. Avropa Liqası, 1/8 final “Feyenoord” (Niderland) – “Roma” (İtaliya) “Milan” (İtaliya) – “Renn” (Fransa) “Lans” (Fransa) – “Frayburq” (Almaniya) “Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya) “Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa) “Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) “Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya) “Şaxtyor” (Donetsk, Ukrayna) - “Marsel” (Fransa) Bu mərhələnin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq. Geri qayıt |