Əsas Səhifə > Dünya idmanı > Braziliyalı futbolçu ildırım vurması nəticəsində ölüb
Braziliyalı futbolçu ildırım vurması nəticəsində ölüb12-12-2023, 18:30 |
Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib. BrendSport.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb. Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb. Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib. Geri qayıt |