Əsas Səhifə > Dünya idmanı > FIA prezidenti Bakıda səhhətində yaranan problemin həllinə görə təşəkkür edib

FIA prezidenti Bakıda səhhətində yaranan problemin həllinə görə təşəkkür edib


8-12-2023, 12:57

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Bakıda səhhətində yaranan problemin həllinə görə tibbi yardıma və Azərbaycan Avtomobil Federasiyasına (AAF) təşəkkür edib.

BrendSport.az
xəbər verir ki, FIA prezidenti Heydər Əliyev Mərkəzində keçirilən Baş Assambleyanın yekun iclasındakı çıxışı zamanı bu barədə danışıb.

O, Bakıda qaldığı otelin otağında yıxıldığını və səhhətində yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini deyib: “Səhhətimdə yaranan gözlənilməz halla bağlı Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və qurumun prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm. Onların dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.

Qeyd edək ki, FIA prezidenti xəstəxanadan ötən gün gecə buraxılıb və bu gün keçirilən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.
Geri qayıt