Əsas Səhifə > Dünya idmanı > “Everton” İngiltərə çempionatında 10 xalın silinməsi qərarına apellyasiya verib

“Everton” İngiltərə çempionatında 10 xalın silinməsi qərarına apellyasiya verib


1-12-2023, 21:50


“Everton” futbol klubu İngiltərə Premyer-Liqasına ölkə çempionatında maliyyə feyr-pleyi qaydalarının pozuntusuna görə 10 xal silinməsi barədə qərara apellyasiya verib.

BrendSport.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Everton” futbol klubu bu gün İngiltərə Premyer Liqasının hakimlər kollegiyasının sədrinə premyer liqanın komissiyasının klubdan 10 xal silinməsi qərarına apellyasiya verib. İndi işə baxılması üçün apellyasiya komissiyası təyin olunacaq”, - deyə “Everton”un məlumatında bildirilir.

“Everton” komandasının 10 xal cərimə olunmasının səbəbi 2019/20-ci il mövsümündən 2021/22-ci il mövsümünədək olan dövrdə klubun 124 milyon funt sterlinq (təxminən 142 milyon avro) həcmində itki verməsidir. Liqanın dayanıqlı inkişaf qaydaları üçillik dövr ərzində maksimum 105 milyon funt sterlinq (təxminən 120 milyon avro) həcmində itkiyə yol verir. Bu qərarı üzvləri liqanın hakimlər kollegiyasının müstəqil sədri tərəfindən təyin olunan müstəqil komissiya çıxarıb.

Komissiyanın təhqiqatı məxfi xarakter daşıyır və işə xüsusi qaydada baxılır.

Qeyd edək ki, “Everton” 13 turdan sonra 4 xalla İngiltərə çempionatında 19-cu - axırdan ikinci yeri tutur.
Geri qayıt