Əsas Səhifə > Dünya idmanı > Harri Keyn 2023-cü ilin ən məhsuldar futbolçusu ünvanına sahib çıxıb

Harri Keyn 2023-cü ilin ən məhsuldar futbolçusu ünvanına sahib çıxıb


25-11-2023, 10:00


İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

BrendSport.az
xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda "Köln"ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Forvard cari ildə "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

"Mançester Siti"dən norveçli Erlinq Holann və "Əl-Nəsr"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.
Geri qayıt