Əsas Səhifə > Dünya idmanı > Avropanın aparıcı klublarına ötən mövsümdə futbolçuların zədələri 767 milyon dollara başa gəlib

Avropanın aparıcı klublarına ötən mövsümdə futbolçuların zədələri 767 milyon dollara başa gəlib


20-11-2023, 16:40


Avropanın beş güclü çempionatlarını keçirən İngiltərə, İspaniya, İtaliya, Fransa və Almaniya klublarına ötən mövsümdə futbolçuların zədələri 767 milyon dollara başa gəlib. Bu, ötən illə müqayisədə 30 faiz yüksək göstəricidir. “Bloomberg” agentliyi Britaniyanın “Howden Group Holdings” (HGH) sığorta şirkətinə istinadla bu barədə məlumat yayıb.

BrendSport.az
xəbər verir ki, ekspertlər zədələrin sayının kəskin artmasını 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında (20 noyabr-18 dekabr) futbolçuların üzərinə düşən əlavə yüklə əlaqələndirirlər. Həmin dövrdə Avropa ölkələrində milli birinciliklər keçirilir. Adətən dünya çempionatları yayda təşkil edilir, isti iqlimə görə isə Qətər üçün istisna olundu.

İngiltərə premyer-liqasının klubları bu baxımdan daha çox əziyyət çəkiblər; 49 oyunçu zədə alıb. Bundesliqada 46 zədə müşahidə olunub. “Qış vaxtı dünya çempionatının keçirilməsi ona gətirib çıxarıb ki, zədə almış oyunçular mövsümün ikinci yarısında birinci ilə müqayisədə orta hesabla 8 gün artıq futboldan kənar vaxt keçiriblər”, - deyə “Bloomberg” agentliyi HGH-nin idman bölməsinin başçısı Ceyms Berrouzun şərhlərindən sitat gətirir.
Geri qayıt