Əsas Səhifə > Dünya idmanı > Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir
Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir3-11-2023, 15:27 |
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər. BrendSport.az xəbər verir ki, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər. Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər. Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub. Geri qayıt |