Əsas Səhifə > Dünya idmanı > FIFA prezidenti Fransada azarkeşlərin klubun avtobusuna hücumunu pisləyib
FIFA prezidenti Fransada azarkeşlərin klubun avtobusuna hücumunu pisləyib30-10-2023, 23:04 |
FIFA prezidenti Canni İnfantino Fransa I Liqasının X turunun "Marsel" – “Lion” oyunundan öncə yerli azarkeşlərin qonaq komandanın avtobusuna etdiyi hücumu pisləyib. BrendSport.az xəbər verir ki, funksioner sosial şəbəkə hesabında səlahiyyətli qurumları bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırıb. O bildirib ki, futbolda nə meydanda, nə də meydandan kənarda zorakılığa yer var: “Marseldə baş verən hadisələrin idmanda və cəmiyyətdə yeri yoxdur. Futbolda istisnasız olaraq, bütün oyunçular, məşqçilər və azarkeşlər idmandan həzz almaq üçün təhlükəsiz mühitdə olmalıdırlar”. Qeyd edək ki, azarkeşlərin hücum nəticəsində “Lion”un baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. Nəticədə oyun ləğv edilib. Geri qayıt |